Çeçenlər Ukraynada bu şəhəri işğal etdi – Kadırovdan qıcıq doğuran O AÇIQLAMA
Çeçen hərbi birlikləri Luqansk vilayətinin Rubejnoe şəhərini “azad” ediblər. Xəbər verilir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. “Növbəti yaşayış məntəqəsi banderaçı xuntadan azad edildi. Bu dəfə çeçen döyüşçülər Robejnoe şəhərini millətçilərdən təmizlədi. Qorxaqlar, millətçi tör-töküntüləri bizim döyüşçülərin nəzarət etdiyi ərazidən qaçdılar”, - Kadırov Teleqram kanalında yazıb. Kadırov iddia edib ki, yerli sakinlər Rusiya ordusunu “xoş sözlərlə” qarşılayır.