azia.az
azia.az

ABŞ səfiri Saakaşvili ilə bağlı hökumətə çağırış etdi

1-05-2022, 08:02

ABŞ səfiri Saakaşvili ilə bağlı hökumətə çağırış etdi
Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfiri Kelli Deqnan Gürcüstan hakimiyyətini ombudsmanın sabiq prezident Mixeil Saakaşvilinin səhhəti ilə bağlı tövsiyələrinə “diqqətlə və ciddi şəkildə” yanaşmağa çağırıb.

Xəbər verilir ki, Deqnan bu barədə jurnalistlərə verdiyi müsahibəsi zamanı qeyd edib.

Onun sözlərinə görə, ABŞ həmişə Gürcüstan hakimiyyətini Saakaşvili üçün müvafiq tibbi müalicə tətbiq etməyə çağırıb:

“Mən bilirəm ki, Saakaşvilinin səhhəti ilə bağlı narahatlıq var. Biz həmişə onun üçün müvafiq tibbi müalicə tələb etmişik. Çünki bu, insanın əsas hüquqlarından biridir. Penitensiar Xidmət Saakaşvilinin vəziyyətini şərh edərək, onun müalicə olunduğunu qeyd edib və bəzi müalicə vasitələrindən Saakaşvilinin özünün boyun qaçırdığını bildirib. Biz hakimiyyəti, ombudsmanın tövsiyələrinə diqqətlə və ciddi yanaşmağa çağırırıq”, - deyə Deqnan bildirib.

Xatırladaq ki, Xalq Müdafiəçisi Nino Lomcariyanın yekun hesabatında, Mixeil Saakaşvilinin həbsxanada lazımi müalicə görmədiyi qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi