azia.az
azia.az

“Qərb Rusiyanın 300 milyard dollardan çox pulunu oğurlayıb” - Lavrov

30-04-2022, 08:16


Qərb ölkələri faktiki olaraq Rusiya Federasiyasından 300 milyard dollardan çox pul oğurlayıb.
“Qərb Rusiyanın 300 milyard dollardan çox pulunu oğurlayıb” - Lavrov
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Əl- Arabiya" telekanalına müsahibəsində deyib.

"Bu vəziyyətdən əvvəl imzalanan müqavilələrdə ödənişlər dollar və avro ilə nəzərdə tutulub. Ödənişlər birbaşa "Qazprom"un hesablarına göndərilib və Qərb banklarında saxlanılıb. Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra qərb oğurluq edib. Bizdən 300 milyard dollardan çox, faktiki olaraq qaza görə ödədiklərini oğurlayıblar.Yəni dövr ərzində bizim qazımızdan pulsuz istifadə ediblər", - deyə nazir bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya Qərbin bu davranışını dayandırmaq üçün qazın ödənişini rubla köçürmək qərarına gəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi