Rus ordusu türk qızıllarını ələ keçirdi
Müvəqqəti işğal olunmuş Melitopolda rus hərbçiləri şəhər Diyarşünaslıq Muzeyini ələ keçiriblər. Yerli xainlər skif qızılının saxlandığı yeri tapmaqda onlara kömək ediblər.
Bildirilir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının Teleqram kanalında məlumat yayılıb.
"Rusiya hərbçilərinin Melitopol Diyarşünaslıq Muzeyini ələ keçirməsi barədə məlumatlar var. Xain əməkdaşlar ruslara ötən əsrin 50-ci illərində arxeoloqlar tərəfindən aşkar edilmiş skif qızılının saxlandığı yeri göstəriblər", - məlumatda deyilir.
Bildirilir ki, ruslar jurnalistləri dindirir və axtarış aparırlar:
"Sərhədsiz Reрortyorlar" təşkilatının məlumatına görə, Melitopol, Berdyansk, Enerqodar və Tokmakda Rusiya hərbçiləri media işçilərinin avadanlığını ələ keçirir və onlar üçün işləməkdən imtina edən hər kəsi girov götürür. Onlar Melitopolun müəssisələrinin əmlakını soyub aparmağa davam edirlər. Soyğunçuluq artmaqdadır".