azia.az
azia.az

Lavrov: "Nüvə müharibəsi riski ciddidir, realdır ..."

26-04-2022, 07:33

Lavrov: "Nüvə müharibəsi riski ciddidir, realdır ..."
Nüvə müharibəsinin riski indi daha çox mövcuddur, bu təhlükəni lazımınca qiymətləndirməmək olmaz. “Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Birinci kanal”ın “Böyük oyun” verilişində deyib. O xatırladıb ki, yanvarda “nüvə beşliyi” ölkələri nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı tezisi bir daha təsdiqləyiblər. "Bu, bizim prinsipial mövqeyimizdir. Biz ondan çıxış edirik. Mən indi, sizin dediyiniz kimi, hörmətli politoloqlara istinad edərək, risklərin həqiqətən çox, çox əhəmiyyətli olduğu halda, bunu çox istəməzdim. Bu risklərin süni şəkildə şişirdilib və onu istəyənlər də az deyil. Təhlükə ciddidir, realdır, onu qiymətləndirməmək olmaz”, - nazir bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi