Indoneziyada deputat iclas zamanı pornoya baxarkən yaxalanıb
Məlumata görə, həmin şəxsin partiyadaşları onun təxribatın qurbanı olduğunu bildiriblər. İndoneziyanın Demokratik partiyasından olan deputatı Harvi Malayholo iclas zamanı baş verən insidentdən sonra diqqət mərkəzinə düşüb. Qadın tribunadan ölkədə peyvəndləmənin sürəti ilə bağlı hesabat verərkən, kişi telefonunda pornoya baxırmış. Harvini başqa bir siyasətçi çəkib, sonra videonu internetdə yerləşdirib. Video internetdə yayıldıqdan sonra Malayholonun partiyasının üzvləri həmkarlarının
təxribatın qurbanı olduğunu bildiriblər. “Həmkarımıza “WhatsApp”da link gəlib, onu açanda bu video ortaya çıxıb”, - məlumatda qeyd edilir.
Düzdür, Harvinin videonu niyə dərhal bağlamadığını izah etməyiblər, ancaq bir dəqiqəyə yaxın izlədiyi ortaya çıxıb. Sonradan məlum olub ki, Malayholo partiya rəhbərliyindən üzr istəyib və bunun bir daha təkrarlanmayacağına söz verib.