azia.az
azia.az

Qızları şillələyən kişi DANIŞDI:"Bu mənim hobbimdir"

13-02-2022, 09:46


Bakıda ictimai yerlərdə xanımlara qarşı xuliqanlıq əməlləri törədən şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb.
Qızları şillələyən kişi DANIŞDI:"Bu mənim hobbimdir"
Xəbər verilir ki, küçədə xanımlara qarşı xuliqanlıq edən 29 yaşlı Əhməd Yusifovun əməlindən zərərçəkənlərin daha çox olduğu bildirilir.

Belə ki, sözügedən video paylaşıldıqdan sonra çox sayda qadın Daxili İşlər Nazirliyinə zəng vuraraq həmin şəxsin şiddətinə məruz qaldıqlarını bildiriblər. İlkin məlumata görə, zərərçəkmişlərin sayı 10-15 nəfərdir. Zərərçəkən xanımların sayının artması istisna olunmur.

O da məlum olub ki, Ə. Hüseynov polisə verdiyi ilkin ifadəsində əməlindən peşman olduğunu bildirib. Amma buna baxmayaraq, o, qadınlara qarşı belə hərəkət etməsindən xoşlandığını dilə gətirib: "Bu mənim hobbimdir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi