azia.az
azia.az

Ukraynalı nazir Ərdoğanın açıqlamasını təkzib etdi

26-03-2022, 08:49


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukraynanın danışıqlarda 6 bənddən 4-ü üzrə razılığa gəlməsi barədə açıqlamasını təkzib edib.
Ukraynalı nazir Ərdoğanın açıqlamasını təkzib etdi
Xəbər verilir ki, Kuleba bu barədə “Ukrainskaya pravda”ya müsahibəsində danışıb.

“Türkiyə Prezidentinin qeyd etdiyi 4 bəndlə bağlı Rusiya ilə heç bir konsensus yoxdur”, - deyə Kuleba söyləyib.

O bildirib ki, Kiyevin mövqeyi dəyişməz olaraq qalır. Belə ki, ölkənin yeganə dövlət dili Ukrayna dili olacaq. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti atəşkəsə nail olmaq, təhlükəsizlik zəmanətləri və Ukraynanın ərazi bütövlüyü ilə bağlı fikrində qalır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi