“Kəndimiz Azərbaycan ordusunun nəzarətindədir” – Vahan Zakayan
“Bizim kəndimiz Azərbaycan-Ermənistan sərhəddinə yaxın ərazidə yerləşdiyi üçün əhali kəndi tərk edib” – Alp.az xəbər verir ki,bu barədə Xoznavar qəsəbəsinin inzibati rəhbəri Vahan Zakayan açıqlamasında bildirib.
“Bizim kəndddə məskunlaşma 1992-ci ildən başlayıb. İndi Azərbaycan əsgərləri bildirir ki, bura bizim ərazimizdir. Kənd demək olar ki, Azərbaycan ordusunun nəzarətindədir. Bütün giriş- çıxışlar onlara nəzarət edirsə kəndin bizdə olmasını demək absurddur. Onlar öz mövqelərini möhkəmləndirirlər. Bizə 3 gün vaxt veriblər ki, kəndin yaxınlığındakı fermaları köçürdək. Onlar bizə təzyiq etmir və yumşaq şəkildə bildirirlər ki, ərazini tərk etməliyik. “- deyə Vahan Zakayan açıqlamasında bildirib.