azia.az
azia.az

ŞOK! Koronavirus Çinə yenidən qayıdır: Dünyanı hansı təhlükə gözləyir?

9-04-2022, 17:58

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
ŞOK! Koronavirus Çinə yenidən qayıdır: Dünyanı hansı təhlükə gözləyir?
Onun sözlərinə görə, Çin hakimiyyəti iki il öncə olduğu kimi kütləvi şəkildə əhalinin məcburi test edilməsinə başlayıb:

"Çin hökuməti eyni zamanda şəhərin milyonlarla sakininə evdən çıxışa qadağa qoyub. Aprelin 8-dən Şanxay hərbi rejimə keçib. Şəhərə ordu birlikləri yeridilib. Çünki qadağalara etiraz edənlər küçələrə çıxmağa çalışırlar. Xəstələri böyük stadionlarda yerləşdirirlər.

BBC-nin məlumatına görə, şəhər əhalisi ərzaq və dərman almaqda çətinlik çəkir. İnsanlar ərzağın evlərə çatdırılma xidmətlərindən istifadə edirlər. Ancaq sifariş o qədər çoxdur ki, çatdırılma şirkətləri bu yükün altından çıxa bilmirlər. Şanxayda çatdırılma xidmətlərinin 11 min əməkdaşı 25 milyon insanın sifarişini yerinə yetirə bilmir. Nəticədə Şanxay kimi böyük və müasir şəhərdə aclıqdan əziyyət çəkənlərin sayı artmağa başlayıb. Şanxay sakinlərindən birinin sosial şəbəkədə yazdığına görə, 17 gündür karantindədir və qidalanmayla bağlı ciddi problemlərlə üzləşib. Problemi gərginləşdirən həm də odur ki, Şanxayın evlərinə qapadılan yaşlı sakinləri mobil telefon və internetdən istifadə edə bilmirlər və nəticədə onlar çatdırılma xidmətlərinin imkanlarından istifadə edə bilmirlər”.



Ekspertin sözlərinə görə, Şanxay Çin iqtisadiyyatının lokomotivi sayılır:

"Şanxaydakı ağır vəziyyət Çin iqtisadiyyatına mənfi təsir edir. Rusiya, İran və Venesuellaya məxsus neftlə dolu tankerlər Çinin sahillərinə yaxınlaşa bilmirlər. Söhbət təxminən 22 milyon barel neftdən gedir. Şanxaydakı durum göstərir ki, Çinin iki il əvvəl həyata keçirməyə başladığı qapanma siyasətinin nəticəsi yox idi. Ancaq digər dövlətlər ötən dəfəki səhvi təkra


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi