azia.az
azia.az

«Rusiyanı təcrid etmək imkanları yoxdur…» – Stoltenberq

19-11-2016, 09:26

«Rusiyanı təcrid etmək imkanları yoxdur…» – Stoltenberq
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiyanı təcrid etmək imkanları yoxdur

Onunla münasibət qurmaq qaçılmazdır. Baş katib bu bəyanatı Brüsseldə Almaniyanın Marşall fondunakı çıxışı zamanı səsləndirib.

«Biz, Rusiyanı təcrid edə bilmərik, ona görə də onunla dialoq qurmaq bizim üçün vacibdir. Mənim nazir Lavrovla görüşlərim təsdiqləyir ki, Rusiya bunun üçün açıqdır» – deyə, Stoltenberq qeyd edib.

Ardınca alyans başçısı deyib: «Rusiya bizim nəhəng qonşumuzdur və o, heç yerə gedəsi deyil. Biz, hərbi insidentlərdən neçə qaçmaq barədə danışmalıyıq ki, insidentlərin baş verəcəyi hallarda vəziyyət nəzarət altından çıxmasın. Bu, məhz o zaman vacibdir ki, münasibətlərdə gərginlik yüksək olur».

O, həm də qeyd edib ki, NATO Avropada təlimlərə və hərbi fəaliyyətlərə nəzarət üzrə ATƏT-in Vyana sənədini təkmilləşdirmək məsələsini Rusiya ilə müzakirə edir.

«Rusiya qanunvericilikdəki boşluqlardan istifadə edir və çoxlu sayda qəfil hərbi təlimlər keçirir – bu zaman beynəlxalq nəzarətdən yayınır. Məhz ona görə də biz, Vyana sənədini modernləşdirməyi vacib hesab edirik» – deyə, Stoltenberq əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi