"Eşşək" ləqəbli erməni oliqarx pullarını Rusiyaya yatırmaq qərarına gəldi... - PALÇIQ ÇƏKİR...
Təxminən bir ay əvvəl "Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx Qagik Sarukyan “Kotayk” pivə zavodunu satıb. Bu haqda “Hraparak” qəzeti yazır.
Nəşrin məlumatına görə, zavod 5 milyon dollara alınıb. Alıcı menecer Qarikdir. Amma bir nüans var - alıcı həm də Paşinyana yaxın olan Xaçatur Sukiasyanın şərikidir, onunla birgə benzin idxalı ilə məşğuldur.
“Öyrəndik ki, bu məbləğin ödənilməsi ilə bağlı bəzi problemlər yaranıb, amma daha sonra həllini tapıb. Və zavod tamamilə yeni sahibinə keçib. Mənbəmiz bildirir ki, məqbul təkliflər olarsa, Sarukyan digər bizneslərini də satmağa və pullarını Ermənistandan çıxarmağa hazırdır.
Düzdür, bu gün hakimiyyət onu sakit buraxıb. Amma bu illər ərzində Abovyanda mənzil, Kempinski oteli tikintisi, Araratdakı silikon zavodu ilə bağlı ona o qədər maneələr törədilib ki, o, artıq Ermənistana pul yatırmaq və fəaliyyətini genişləndirmək istəmir. Ola bilsin ki, o, Qərb biznesinin getməsindən sonra geniş fəaliyyət sahəsinin açıldığı Rusiya Federasiyasına investisiya qoymağa başlayacaq”, - deyə erməni qəzeti yazır.
Xatırladaq ki, Qarabağ klanı arasında "eşşək” ləqəbi ilə tanınan Q.Sarukyan ötən ilin yay-payızında 44 günlük savaşdan sonra Qarabağın azad edilmiş ərazilərindən digər yerlərə və Ermənistana köçmüş soydaşlarının evlə, ərzaqla təmin olunması işinə fəal dəstək verib. 2021-ci ilin sentyabrında oliqarx Xankəndinə gələrək baş separatçı Arayik Arutyunyanla görüşüb və onunla Yuxarı Qarabağdakı ermənilərin iqtisadi-sosial problemlərini müzakirə edib.
Mənbə:My Webpage