OMON döyüşçüləri Ukraynada getməkdən imtina edib
OMON döyüşçüləri Ukraynada getməkdən imtina edib
Rosqvardiyanın Krasnodar OMON-dan olan 12 döyüşçüsü Ukraynaya getməkdən imtina edib. "Meduza" xəbər verir ki, onlar bunu əmrin qanunsuzluğu ilə izah ediblər.
Mənbənin sözlərinə görə, OMON əməkdaşlarının birbaşa rəsmi vəzifələri Rusiya ərazisi ilə məhdudlaşır və onların xarici pasportları olmayıb.
“Ukrayna ərazisinə səfərlə bağlı heç kimə məlumat verilməyib, buna razılıq da verilməyib. Özlüyündə dövlət sərhədini qanunsuz keçmək cinayətdir və silahlı qruplaşmanın tərkibində Ukrayna ərazisinə qanunsuz daxil olmaq artıq Ukrayna Cinayət Məcəlləsinin pozulmasıdır”, - nəşr yazır.
Rosqvardiyanın döyüşçüləri Krasnodara qaytarılıb, rəsmi yoxlamadan keçirilib və işdən çıxarılıb. Tağım üzvləri bunu qanunsuz hesab edib və məhkəməyə müraciət edib.