Rusiyanın xüsusi təyinatlılarından ibarət olan zabitləri Ukraynada məhv edildi
Rusiyanın xüsusi təyinatlılarından ibarət olan zabitləri Ukraynada məhv edildi
Ukraynada davam edən müharibədə Xarkov yaxınlığında Rusiyanın xüsusi təyinatlı birliyi - SOBR-un bir neçə yüksək rütbəli zabitinin həlak olduğu xəbər verilir.
Bu barədə informasiyanı Mediazona saytı sosial şəbəkə və kütləvi informasiyadakı materiallara, habelə mənbələrdən alınan məlumatlara əsasən yayıb.
Mediazona xəbər verir ki, Rusiyanın Vladimir şəhərində bugünlərdə SOBR-un yerli dəstəsinin 4 zabiti dəfn edilib.
Onlardan üçünün podpolkovnik, birinin isə polkovnik olduğu xəbər verilir.
Mediazona yazır ki, bu barədə məlumat əvvəlcə yerli mediada dərc olunsa da, xəbərlər dərhal redaktə edilib və mətndəki adlar çıxarılıb.
Sayt bildirir ki, zabitlər çox güman Xarkov yaxınlığında həlak olublar.
Bu da xəbər verilir ki, martın 5-də Ukrayna Telegram-kanalları məhv edilmiş Rusiya hərbi texnika karvanını görüntüləyən videolar yaymışdılar.
Videolarda dağılmış bir neçə yük maşını, ətrafa səpələnmiş dəbilqə və qalxanlar görünürdü.
Məhv edilən maşınlar arasında dustaq avtofurqonları da vardı.
Xəbər verilir ki, həmin gün Vladimirdən olan iki fəal – Kirill İşutin və Kirill Alekseyev yerli polisdə dindirilmişdilər.
Onların sözlərinıə görə polislər bu videoaları müzakirə edirdilər. Onlar məhv edilmiş OMON maşınlarını tanımışdılar.
Alekseyevin sözlərinə görə sözü gedən dəstədəkilərin hamısı həlak olub.
Fəal bildirir ki, polislər matəm əhval-ruhiyyəsində idilər.
Mediazonanın mənbələri Vladimir SOBR-unun həlak olmuş zabitlərinin adlarını təsdiq ediblər.
Onların martın 3-də Xarkov yaxınlığında öldükləri bildirilir. Ümumilikdə isə bu dəstədəki azı 40 hərbçinin tamamilə həlak olduğu deyilir.
Rusiya Müdafiə Nazirliyi Ukrayna müharibəsində itkilərini etiraf etsə də, tam rəqəmləri açıqlamır.
Nazirlik martın əvvəlində Ukraynada 498 Rusiya hərbçisinin həlak olduğunu xəbər vermişdi.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında Rusiya tərəfinin itkilərinin azı 15 min nəfər olduğu bildirilir.
Qərb kəşfiyyatları da bu rəqəmin 10 mindən çox ola biləcəyini təxmin edirlər.
Martın 21-də “Komsomolskaya pravda” qəzeti itkilərin 10 min nəfərə yaxın olduğunu göstərən xəbər dərc etmişdi. Lakin xəbər dərhal redaktə olunmuş, rəqəmlər mətndən çıxarılmışdı.
Martın 22-də qəzetin redaksiyası guya haker hücumuna məruz qaldığını və bu rəqəmlərin də materiala hakerlər tərəfindən salındığını iddia edib.
Ukrayna rəsmiləri müharibə başlanandan bəri Ukrayna ərazisində 10-dək Rusiya generalının həlak olduğunu xəbər verirlər.
Rusiya tərəfi hələlik yalnız Andrey Suxovetskinin və Qara dəniz hərbi donanması komandanının müavini Andrey Paliyanın həlak olduqlarını təsdiq edib.
Azadliq.org