Zelenski: "Ukraynalılar düşməni silahsız da əzir”
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsindəki Rusiya hərbçiləri heç nə qazanmayacaq, heç kimi tabe etməyəcək, ancaq ukraynalılardan əks cavab alacaqlar.
Xəbər verilir ki, dövlət başçısı bu barədə videomüraciətində deyib.
"Ukraynalılar, hər bir işğalçı bilməlidir: onlar burada heç nə əldə etməyəcəklər, heç kimi fəth etməyəcəklər. Daha çox texnika və daha çox insan gətirə bilsələr belə, bu, onlar üçün heç nəyi dəyişməyəcək", - Prezident vurğulayıb.
O deyib ki, işğalçılar hara getələr, hər yerdə məhv olunacaqlar.
"Onların burada dincliyi olmayacaq, burada yeməkləri olmayacaq, burada bircə an da olsa rahatlıq tapmayacaqlar. İşğalçılar ukraynalılardan yalnız bir şey alacaqlar - cavab, şiddətli cavab, elə bir cavab ki, onlar əbədi yadda saxlayacaqlar ki, biz özümüzünküdən əl çəkmirik”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri Vətən Müharibəsinin nə olduğunu xatırlayacaqlar.
"Beləliklə, bizim, ukraynalılar üçün, bu, Vətən Müharibəsidir. Biz vətənpərvərlik müharibələrinin necə başladığını xatırlayırıq və işğalçılar üçün necə bitdiyini bilirik", - o əlavə edib.
"İşğalçıların sayı onlarla çox olmasına baxmayaraq, onların əhval-ruhiyyəsi durmadan pisləşir. Getdikcə daha çox işğalçı bizdən, sizdən, düşməni qovan hər kəsdən... güllə atan hər şeydən Rusiyaya geri qaçır. Amma ukraynalılar düşməni silahsız da əzir”, - Prezident vurğulayıb.
O, Ukraynanın Konotop, Baştanka, Enerqodar, Melitopol və digər şəhər və kəndlərinin işğalçıları irəi buraxmayan, onların yolunu kəsən qəhrəman dinc sakinlərinin səmimiyyətlə heyran olduğunu vurğulayıb.
"Onlar (Rusiya hərbçiləri - red) harasa giriblərsə, bu müvəqqətidir. Rusiya hərbçiləri özlərinə yemək tapmağa çalışanda ərzaq dükanlarından biabırçı şəkildə qovaq. Bunlar fövqəldövlətin döyüşçüləri deyil, istifadə edilən çaşqın uşaqlardır. Onları evlərinə aparın”, - deyə Zelenski bildirib.