azia.az
azia.az

Ərdoğanın şəxsi mühafizə rəisi qəfildən öldü

23-02-2022, 12:26

Ərdoğanın şəxsi mühafizə rəisi qəfildən öldü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəsinin rəisi dünyasını dəyişib.

Prezidentliyin Mühafizə Departamentinin Xüsusi Əməliyyatlar Şöbəsinin müdiri Hayrettin Eren Seneqalda vəzifəsini icra edərkən ürək tutmasından dünyasını dəyişib.
Azia.az “anadolu”ya istinadən xəbər verir ki, hadisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Seneqal səfəri zamanı vəzifəsini yerinə yetirərkən baş verib. Eren Ərdoğanın Seneqal stadionunun açılış mərasimi zamanı infarkt keçirib.

Bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyən Eren dünyasını dəyişib. Erenin cənazəsi Seneqaldakı təmaslarını başa vuran prezident Ərdoğanın təyyarəsi ilə Türkiyəyə gətirilib.

Ölkə.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi