Rusiyanın qərarı aranı qarışdırdı: Erməninin Bakıya deportasiyasına qərar verildi...
Rusiyada inzibati qanun pozuntusu törədən Ermənistan vətəndaşının deportasiyasına qərar verilib.
Qaynarinfo Sputnik Armeniya-ya istinadən xəbər verir ki, müvafiq qərarı qəbul edən məhkəmə qərarda "kiçik” bir səhvə yol verib. Belə ki, sözügedən şəxs Azərbaycanda anadan olub. Məhkəmənin verdiyi deportasiya qərarında səhvən onun Azərbaycana deportasiyasına göstəriş verilib.
Məsələyə son anda Ermənistanın Baş Prokurorluğu qarışıb və Rusiya tərəfinə qərardakı yanlışılıq çatdırılıb. Bundan sonra sözügedən şəxsin Azərbaycana deportasiyası baş tutmayıb.