azia.az
azia.az

Avropa qorxuya düşdü: Ruslar bu raketi atsa... - FOTO

9-02-2022, 15:18

Avropa qorxuya düşdü: Ruslar bu raketi atsa... - FOTO
Avropanın başı üzərindən Rusiyanın qisas təhlükəsi asılıb.

Axar.az xəbər verir ki, bu barədə “Forbes” nəşri MiQ-31K təyyarələrinin “Kinjal” (“Xəncər”)ə oxşayan raketlərlə birlikdə Kalininqrad vilayətinə yerləşdirilməsilə bağlı yazıb.

“Əgər bu raketlər Baltikyanıdan buraxılsa, onlar 5-7 dəqiqə ərzində əksər Qərbi Avropa dövlətlərinin paytaxtlarına çata bilər. Nüvə başlığı ilə təchiz olunmuş “Kinjal” Xirosimaya atılan atom bombasından 10 dəfə güclü olacaq”, - məqalədə qeyd olunub.

Avropa qorxuya düşdü: Ruslar bu raketi atsa... - FOTO
Azərforum-un məlumatına görə, X-47M Kinjal raketi 2000 km-ə qədər uçuş məsafəsinə malikdir və səsdən 10-12 dəfə sürətlə uça bilir. Raket Rusiyanın Avropa hissəsində strateji raket sistemləri üçün təhlükə yaradan ABŞ və NATO hərbi gəmilərini hədəfə almaq, Rusiya sərhədləri yaxınlığında NATO-nun raketdən müdafiə sistemini və ballistik raketdən müdafiə gəmilərini və yer elementlərini məhv etmək üçün nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi