Paşinyan prezident seçkilərinin keçiriləcəyi tarixi AÇIQLADI
Ermənistanda prezident seçkilərinin keçirələcəyi tarix açıqlanıb.
Azia.az xəbər verir ki, bu barədə açıqlama verən Nikol Paşinyanın sözlərinə görə, seçkilər martda keçiriləcək.
O, prezidentliyə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vaaq Xaçatryana müraciət edərək deyib: “Ümidvaram ki, mart ayında keçiriləcək seçkilərədək yüksək texnologiyalar sənayesi naziri vəzifəsini icra edəcək və bu dövr ərzində effektiv fəaliyyət göstərəcəyik”.
N.Paşinyan vurğulayıb ki, parlamentin 65 deputatı V.Xaçatryanın namizədliyini irəli sürüb.
Xatırladaq ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Buna səbəb kimi o, ölkənin daxili və xarici siyasətinin əsas proseslərinə təsir etmək üçün lazımi səlahiyyətlərə malik olmamasını göstərib. Fevralın 1-dən etibarən Ermənistan Prezidenti vəzifəsini parlamentin spikeri Alen Simonyan icra edir.