Paşinyanın partiyası prezident postuna namizədlik ilə bağlı qərarına yenidən baxıb
Ermənistanda Vətəndaş Razılaşması Partiyası ölkə prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçatryanın namizədliyini irəli sürəcək.
Xəbər verilir ki, bu barədə yerli “Haykakan Jamanak” qəzeti yazıb.
1990-cı illərin əvvəllərində V.Xaçatryan İrəvanın meri və parlamentin deputatı olub. O, ötən ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilib.
Qeyd edək ki, daha öncə hakim partiyanın Baş nazir Administrasiyasının rəhbəri Araik Arutyunyanın prezidentliyə namizədliyini irəli sürməsi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, Ermənistanın artıq sabiq prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, dövlət başçısının səlahiyyətlərini “müharibə və ya sülh məsələlərinə təsir etmək” üçün yetərsiz adlandırıb.“Report”