Ankara dəhlizin bu tarixədək açılmasını istəyir - 3 mərhələ olacaq...
15 yanvar 2022-ci ilədək Ermənistanda Paşinyanla birbaşa təmasda olacaq qrup və digər işçi qrup yaradılacaq.
Azia.az xəbər verir ki, bu barədə “Habertürk”də Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması ilə bağlı məqalədə dərc olunub.
“Ermənistan və Türkiyə arasında münasibətlər üç mərhələli olacaq. İlk növbədə çarter reysləri başlayacaq. Danışıqların əsas məsələsi Türkiyə-Naxçıvan-Azərbaycan dəhlizinin açılması olacaq. Ankara onun may-iyun aylarından əvvəl açılmasını istəyir. Üçüncü mərhələdə isə iqtisadi əlaqələr başlayacaq. Bu mərhələ iyulda başlayacaq”, – “haberturk” yazır.