Müharibəyə hazır olmalıyıq: Baş Qərargah rəisi hamıya XƏBƏRDARLIQ etdi
“Şərqi Avropadakı son gərginliklərdən sonra İngiltərə ordusu Rusiya ilə müharibəyə hazır olmalıdır”.
Azia.az xəbər verir ki, bunu BBC-yə açıqlamasında İngiltərə Baş Qərargah rəisi Ser Nik Karter deyib.
O bildirib ki, sərhəddə baş verənlər Rusiyanın sabitliyin pozulması oyunlarından biridir:
“Belarus və Ukrayna sərhədlərində yaşananlar Rusiya hökuməti tərəfindən illərlə davam edən çeşiddə klassik diqqət dağıdan hərəkətlərdir. Bu gərginliklərin müharibəyə çevrilib-çevrilməyəcəyini bilmirəm. Məncə, hazır olmalıyıq”.