azia.az
azia.az

Türk PUA-sının sirlərini Rusiyaya satdı - Güllələnə bilər / FOTO

12-11-2021, 00:12


Türkiyədən satın alınan pilotsuz uçan aparatlarının (PUA) Ukraynada yerləşdirildiyi bazanın komandirinin bu texnologiyanın sirlərini ruslara satdığı iddia edilib.
 Türk PUA-sının sirlərini Rusiyaya satdı - Güllələnə bilər / FOTO
Azia.az xəbər verir ki, casusluq etdiyi iddia olunan polkovnikin cinayət başında yaxalandığı açıqlanıb.

Ukrayna Milli Kəşfiyyat Xidmətinin (SBU) üzə çıxardığı skandalda hərbi baza komandirinin Rusiyaya casusluq etdiyi müəyyən olunub.

Ukrayna Əks Kəşfiyyat İdarəsi tərəfindən aparılan araşdırmada Türkiyədən satın alınan PUA-larla bağlı casusluq fəaliyyəti ifşa edilib. Belə ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin 10-cu Dəniz Aviasiya Briqadası komandiri, polkovnik İlya Oleynkinin Rusiya tərəfinə casusluq etdiyi və əsas fəaliyyətini türk PUA-larının texnologiyasının öyrənilməsinə yönəltdiyi üzə çıxıb.

Gizli fəaliyyəti ifşa edilən ukraynalı polkovnik dərhal saxlanılıb. Bundan sonra məlum olub ki, o, Rusiya ordusu və Donbasdakı separatçılarla intensiv təmaslarda olub.
 Türk PUA-sının sirlərini Rusiyaya satdı - Güllələnə bilər / FOTO
Oleynikinin dindirilməsinin davam etdiyi, onun “Bayraktar TB2” dronları ilə bağlı kritik məlumatlar əldə edə bilmədiyi deyilib. Bununla belə, onun Ukrayna Hərbi Dəniz Qüvvələrinin bir çox əməliyyat planları və müdafiə xətləri haqda Rusiya Kəşfiyyat Xidmətinə (FSB) məlumat ötürdüyü bildirilib.

Ukrayna qanunlarına görə, polkovnikə qarşı casusluq cinayəti sübuta yetirilərsə, o, güllələnmə ilə edam olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi