azia.az
azia.az

Pakistan MÜHÜM ANLAŞMANI elan etdi: Atəşkəs razılığı əldə olunub

10-11-2021, 14:44

Pakistan MÜHÜM ANLAŞMANI elan etdi: Atəşkəs razılığı əldə olunub
Pakistanın İnformasiya Nazirliyi hökumət və “Taliban”ın bu ölkədəki qruplaşması "Pakistan Təhriki Taliban" arasında tam atəşkəs razılığı əldə edildiyini təsdiq edib.

Azia.az xəbər verir ki, açıqlamaya görə, razılaşma Əfqanıstandakı “Taliban” hökumətinin dəstəyi ilə baş tutub. Məlumata görə, tərəflər arasında danışıqlar hələ davam edir. Nazirliyin açıqlamasına görə, atəşkəs razılaşması Pakistanın qanunlara və konstitusiyasına uyğun olacaq. "Pakistan Təhriki Taliban" qruplaşması hələlik məsələ barədə açıqlama verməyib.

Qeyd edək ki, "Pakistan Təhriki Taliban" qruplaşması Əfqanıstanla sərhəd bölgələrdə fəaliyyət göstərir. Terrorçular 2007-ci ildən bəri tez-tez Pakistan hərbçilərini və polisini hədəf alırdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi