azia.az
azia.az

Putin Ərdoğana CAVAB VERDİ

22-10-2021, 09:19

Putin Ərdoğana CAVAB VERDİ
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəşəriyyətin taleyinin hazırda İkinci Dünya müharibəsində qalib gələn və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin dar dairəsindən asılı olması fikri ilə razılaşmadığını deyib.


Xəbər verilir ki, Putin Valday Beynəlxalq Klubunun iclasının moderatorunun sualını cavablandırarkən Ərdoğanın bu cür bəyanatının səbəbini anladığını deyib: "Görünür, o, hesab edir ki, Türkiyə də Təhlükəsizlik Şurasının daimi üzvü ola bilər. Ancaq bu məsələni Rusiya həll etmir. Bu məsələlər konsensus əsasında həll edilir”.

Putin bir sıra ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri siyahısına salınması məsələsinin qaldırılmasını ədalətli sayır. "Burada müxtəlif həll yolları mümkündür", - deyə Putin bildirib.Kanal.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi