azia.az
azia.az

Dəmirtaş prokurorluğa çağrıldı

1-07-2016, 08:48

Dəmirtaş prokurorluğa çağrıldı Türkiyənin Xalqların Demokratiyası Partiyası( HDP) liderlərindən sayılan Səlahəddin Dəmirtaş prokurorluğa çağırılıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mersin şəhərində baş verən hadisələrlə bağlı açılan cinayət işi çərçivəsində S. Dəmirtaş Ankara Baş Prokurorluğuna ifadə verməyə çağırılıb.

Ankara Baş Prokurorluğu Səlahəddin Dəmirtaşdan başqa HDP-çi millət vəkilləri Dirayət Daşdəmir və Bedran Öztürkü də ifadə vermək üçün çağırıb.
Dəmirtaş isə Ankara Prokurorluğunun onu çağırmasına baxmayaraq ifadə verməyə getməyəcəyini bildirib.

Qeyd edək ki, bir müddət öncə Dəmirtaşın millətvəkili kimi toxunulmazlığı əlindən alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi