ABŞ-dakı Müsəlman Şurasından Ağ Evə çağırış
Rəsmi Vaşinqton islam coğrafiyasındakı bütün qoşunlarını geri çəksin, 20 ildə atılan səhv addımlardan dərs alsın.
Azia.az xəbər verir ki, bu barədə ABŞ Müsəlman Təşkilatları Şurası (USCMO) çağırış edib.
“Qlobal liderlər imperialist müdaxilələrdən uzaq durmalıdır. Prezident Co Baydenin ABŞ ordusunu Əfqanıstandan çıxarmaq qərarını dəstəkləyirik. Prezidenti və Konqresi son 20 ildə yanlış yönləndirilərək kütləvi qətllərə səbəb olan bütün ABŞ qoşunlarını Yaxın Şərqdən və digər yerlərdən geri çəkməyə çağırırıq”, - Şura bildirib.