Avstriya kansleri geylərin festivalına qatıldı
Mayda Avstriya kansleri vəzifəsinə təyin olunan sosial-demokrat Kristian Kern Vyanada ənənəvi olaraq 20 il keçirilən geylərin festivalında iştirak edib.
Lent.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, kansler festivalda çıxış edərək ABŞ-ın Orlando şəhərindəki gey-klubunda qətliam qurbanlarının xatirəsini anıb və cinsi azlıqları dəstəklədiyini bildirib.
Kansler cinsi azlıqların ölkənin bərabər hüquqlu vətəndaşları olması istiqamətində səylərini əsirgəməyəcəyini vəd edib.