azia.az
azia.az

Fransa Məhkəməsi: Sarkozinin prezident seçkisi kampaniyasının Qəddafi tərəfindən maliyyələşdirilməsi sənədi həqiqidir

5-06-2016, 06:53

Fransa Məhkəməsi: Sarkozinin prezident seçkisi kampaniyasının Qəddafi tərəfindən maliyyələşdirilməsi sənədi həqiqidir Fransa məhkəməsi keçmiş prezident Nikola Sarkozinin 2007-ci il seçki kampaniyasının Liviyanın keçmiş rəhbəri Müəmmar Qəddafi tərəfindən maliyyələşdirilməsi barədə sənədin həqiqiliyini təsdiq edib.

Gün.Az Qərb mətbuatına istinadən xəbər verir ki, 2012-ci ildə Fransada fəaliyyət göstərən “Mediapart” informasiya saytı Liviya dövlətinə məxsus sənədi dərc edib.

Sənəddə Sarkozinin 2007-ci ildə prezident seçkisi kampaniyasının 50 milyon avro həcmində maliyyələşdirilməsi barədə razılaşma qeyd edilib.

O zaman prezident postunda olan Sarkozi “Mediapart” saytını və bu məlumatı onlara istinadən dərc edən mətbuatı kobud saxtakarlıqda ittiham etmişdi.

Sonradan Sarkozinin vəkilləri bu sənədlə bağlı məhkəməyə müraciət ediblər.

Məhkəmə 4 illik araşdırmadan sonra adıçəkilən sənədin həqiqi olması barədə qərar qəbul edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi