“Paşinyanın qızı 7-dən çox avtomobilin olduğu kortejlə gəzir...”
Ermənistanın baş naziri Nikol Paşinyanın böyük qızı Mariam kortejin müşaiyəti ilə gəzir. Bu haqda “İravnuk” qəzeti yazır. Bildirilir ki, indiki isti yay günlərində Mariam tez-tez atasının doğulduğu İcevana gedir, orada gəzməli yerlərə baş çəkir və dincəlir.
“Bəlli olur ki, bir neçə gün əvvəl Mariam 7-dən çox maşının olduğu kortejin müşaiyəti ilə İcevana gedib. Mariam nədən belə qorxur, aydın deyil, amma sonuncunun bu dəbdəbəli səyahəti şahidlərin diqqətini cəlb edib”,-qəzet yazır.