azia.az
azia.az

İtaliyada məhbuslar koronavirusa görə üsyan qaldırdı

10-03-2020, 12:09

İtaliyada məhbuslar koronavirusa görə üsyan qaldırdı

İtaliyada hökümət məhbuslarla bağlı məhdudiyyətlər tətbiq edib.

“Azia.Az” xəbər verir ki, məhbuslar isə, öz növbəsində, üsyan qaldırıb.

Martın səkkizi 60-a yaxın məhbus həbsxanada yanğın törədərək qaçmağa çalışıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 500-ə yaxın məhbusun həbsxanadan qaçmasının qarşısını alıb.

Ümumi olaraq dörd həbsxananın məhbusları üsyan qaldırıb.

Qeyd etmək lazımdır ki, yeni qaydalara əsasən, məhbuslar 8-22 mart tarixlərində qohumları ilə görüşə bilməyəcəklər.

İxtişaşlar nəticəsində bir neçə insanın həlak olduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi