azia.az
azia.az

Şəmkirdə məzarları dağıdanın xəstəliyi nədir? - FOTOLAR

3-04-2019, 08:28

Şəmkirdə məzarları dağıdanın xəstəliyi nədir? - FOTOLAR
Aprelin 1-də Şəmkir rayonunun Keçili kəndinin bir qrup sakini DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edərək martın 31-dən aprelin 1-nə keçən gecə kənd ərazisində yerləşən qəbristanlıqda naməlum şəxs və ya şəxslər tərəfindən iki qəbir daşının yararsız hala salınması, 50-dən çox məzar daşının isə yaxınlığında olan güldanlarının qırılmasını bildiriblər.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şəmkir rayon Keçili kənd sakini, 26 yaşlı Coşqun Nəcəfli saxlanılıb.

2010-cu ildən Şəmkir rayon Poliklinikasında epilepsiya, yəni tez-tez qıcolma tutmaları şəxsiyyətin dəyişməsi diaqnozu ilə qeydiyyatda olan C. Nəcəfli ilkin dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi