azia.az
azia.az

Əgər bütün bunlar hamısı “oğru qanunları”dırsa, onda kaş hamı bu qanunlarla yaşayaydı...

22-10-2018, 17:20


Rubrika.az saytına bir qrup Şamaxı sakini tərəfindən müraciət daxil olub. Müraciət müəllifləri son günlər bəzi saytlarda heç bir həqiqəti əks etdirməyən, daha çox qərəzli mövqeyi ilə diqqət çəkən yazılara etiraz edirlər. Həmin yazılarda Şamaxıda böyük nüfuza sahib olan, öz xeyirxahlığı, mərdliyi ilə tanınan Əflatun Məcidov haqqında böhtan xarakterli məlumatlar yer alıb. Daha çox “Ampa” kimi tanınan Ə.Məcidovu az qala Şamaxının sahibi, kriminal avtoritet kimi təqdim edən saytlar heç bir əsası olmayan iddialarla onun işgüzar nüfuzuna xələl gətirməyə çalışırlar. Müraciət müəllifləri belə yazıların şamaxılılar tərəfindən təəssüflə qarşılandığını bildirirlər :

Azərbaycan mətbuatının zəngin ənənələri vardır. Öz adını mətbuat tariximizə qızıl hərflərlə yazan minlərlə qələm əhlini hörmətlə anırıq. Lakin təəssüflər olsun ki, bəziləri sensasiya yaratmaq və yaxud hansısa çirkin məqsədlərinə çatmaq üçün qarayaxma, böhtan tipli yazılarla reytinq qazanmaq istəyirlər. Əflatun Məcidov haqqında böhtan dolu yazılar dediyimizin sübutudur. Nədənsə onun rayonda böyük nüfuz sahibi olması bəzilərini bərk narahat edir. Ə. Məcidov Şamaxıda tanınan iş adamıdır. Onun xeyirxahlığı, dürüstlüyü rayonda dillər əzbəridir. İndiyə qədər ona müraciət edənləri geri çevirməyən, imkansızlara kömək edən, arxasızlara arxa duran Ə. Məcidovun şirkətində yüzlərlə şamaxılı işlə təmin olunub. Onun müəssisələri yüzlərlə rayon sakininin çörək qazandığı yerdir. Ə. Məcidov rayonda böyük xeyriyyə əməlləri ilə də tanınır. Ə. Məcidovun sözü bütöv olması, düzgünlüyün, haqqın tərəfində durması nədənsə məqalə müəlliflərinə bir az “vorobskoy” görünüb. Əflatun Məcidovun Şamaxıda kifayət qədər nüfuzu var, bunu o öz əməlləri ilə qazanıb. O kimsəsizlərə kömək edir, arxasıza arxa durur, imkansıza əl tutur. Əgər bütün bunlar hamısı “oğru qanunları”dırsa, onda kaş hamı bu qanunlarla yaşayaydı. Həmçinin reallıqdan uzaq olan saytın əməkdaşları Ə. Məcidovun sərvətini də sadalamaqdan usanmır. Məgər ölkədə sahibkarlıqla məşğul olmaq yasaqlanıbmı, yoxsa var-dövlət sahibi olmaq günahdır ? Yuxarıda qeyd etdiyimiz kimi, Ə. Məcidov hər zaman imkansızlara kömək əlini uzadır, onun obyektlərində yüzlərlə insan işləyib ailəsini dolandırır. Ə. Məcidovu kriminal avtoritet kimi təqdim edənlər nədənsə onun “törətdiyi əməlləri” sadalaya bilmirlər. Çünki Şamaxıda kimdən soruşsan Ə. Məcidovu sözü bütöv, dürüst, mərd biri kimi təqdim edər. Bu xüsusiyyətlər isə heç də kriminal xarakterli əməllər hesab olunmur. Əslində böhtan dolu məlumatları yayanların özləri daha çox kriminal fəaliyyətlə məşğul olurlar.”
Sonda müraciət müəllifləri belə məlumatları yayanların qanunsuz əməllərinə etiraz edir, böhtan kompaniyasını dayandırmağı tələb edirlər:
“Heç bir əsası olmayan belə məlumatlar dərin təəssüf hissi doğurur. Ə. Məcidovun necə birisi olduğunu bütün şamaxılılar çox gözəl bilirlər. Ona atılan böhtanlar Ə. Məcidovun mərdliyinə, xeyirxahlığına kölgə sala bilməz. Ancaq belə şər-böhtan yazanların öz əməlləri kölgəlidir. Gözü kölgəli!”
P.S. Ə. Məcidov haqqında yazılan məqalənin Şamaxıda ciddi narazılıq doğurması başa düşüləndir. Çünki, öz əməlləri ilə bütün rayon sakinlərinin dərin rəğbətini qazanan, xeyriyyəçiliyi, mərdliyi ilə ad qazanan birisi haqqında belə əsassız məlumatlar yaymaq ədalət prinsiplərinə ziddir. Mən özüm Ə. Məcidovu uşaqlıqdan tanıyıram, bir yerdə böyümüşük, dostluğumuz bu gün də davam edir. Mən onun necə böyük ürəyə sahib olduğunu çox yaxşı bilirəm. Əflatun etdiyi xeyirxahlıqların çoxunu heç üzə çıxartmır. Ona kömək üçün müraciət edən kimsəni əliboş geriyə qaytarmır. Həmkarlarımızın onun haqqında yazdıqlarını oxuyanda təəccübləndim və təəssüf hissi ilə hətta iradımı da bildirdim. Çünki, bu yazılarda mənim tanıdığım Əflatundan əsər-əlamət yox idi. Həmkarlarımıza ədalətli olmağı, tanımadıqları biri haqqında belə cəfəng iddialar irəli sürməməyi məsləhət görürəm.

NİCAT


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi