Məktəblərdə müəllim yerləri 8 min manata satılır- Eynulla Fətullayev
Jurnalist Eynulla Fətullayev “facebook” səhifəsində qalmaqallı status paylaşıb. O, Azərbaycan məktəblərində rus dilinin geniş yayılmasına qarşı çıxan deputat Gövhər Baxşəliyevanı hədəfə götürərək yazıb:
“Deputat Gövhər Baxşəliyeva bu gün Milli Məclisdə rus dilinə qarşı çıxış edib. Gövhər xanım SSRİ dönəmində maliyyə naziri, kommunist Baxşəli Baxşəliyevin qızıdır. Guya şərqşünas ve akademikdir, amma bütün elmi məqalələri plagiatdır.
Bu “alim” təkid edir ki, rus dilində təhsil məhdudlaşsın. Adama sual verərlər – ay xanım, Azərbaycan məktəblərində təhsilin səviyyəsindən xəbəriniz var? Azərbaycan dilində dərsliklər bərbad gündə, müəllim yox – məktəbə müəllim yeri 8 min manatdır, elm, xüsusile təbii fənlər çöküb… Sən nədən danışırsın ay zalım? Yenə rus dilində kitab, dərslik, müəllim tapmaq olar, Azərbaycan bölmələrində axirətdir!!! Bax, bu zalıma nə deyəsən? Sən təhsilin probleminden danış, rüşvətdən danış… Ne deyəsən bu vicdanını itirmiş deputata?! Azerbaycan xalqına niyə bu qədər nifrət edirsən???"
Qeyd edək ki,orta məktəblərdən yüksək bal toplayaraq universitetlərə qəbul olunan tələbələrin topladıqları yüksək nəticə repetitrlərin hesabınadır.Orta məktəblərdə demək olar ki,dərs keçilmir.Amma müxtəlif adlar altında yığılan rüşvətin həcmi artıb.Artıq bir çox valideyinlər etiraf edirlər ki,onları intihar həddinə çatdıran "valideyin komitə"ləri məktəblərdə rüşvət yığmaq üçün yaradılıb.
Faktinfo.az