MÜHARİBƏ BAŞLADI! Neft-kimya şirkəti VURULDU
Azia.az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, Xuzistan vilayəti valiliyinin təhlükəsizlik məsələləri üzrə müavini Vəliəllah Həyati jurnalistlərə açıqlamasında bir neçə dəqiqə əvvəl Mahşəhrdə yerləşən “Karun” neft-kimya şirkətinin İsrailin hava hücumuna məruz qaldığını, nəticədə müəssisənin bir hissəsinin zədələndiyini bildirib.
O əlavə edib ki, dəymiş ziyanın miqdarı və mümkün itkilərlə bağlı əlavə məlumatlar daha sonra açıqlanacaq.