azia.az
azia.az

"Space" TV-də daha iki verilişin yayımı dayandırıldı

Dünən, 23:48

"Space" TV-də daha iki verilişin yayımı dayandırılıb.

News24.az xəbər verir ki, bu barədə məlumat verən jurnalist Arifə Əliyevanın sözlərinə görə, "Ağakərimlə Mətbəx" və "Sevilən Səhər" verilişləri bu gündən etibarən fəaliyyətini dayandırıb.

"Sevilən səhər" verilişinin aparıcısı Könül Muxtarova faktı təsdiqləyib.

O bildirib ki, məsələ ilə bağlı onlara əvvəlcədən məlumat verilib:

"Hazırda verilişin təkrar buraxılışları efirə gedir. Ötən şənbə günü bununla bağlı bizə məlumat verilmişdi", - deyə aparıcı qeyd edib.

Bundan öncə "Banu" verilişinin də çəkilişləri dayandırılmışdı. (AzXeber)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi