azia.az
azia.az

Venesuela neft hasilatını gündə 1,1 milyon barelə çatdırıb - Rodrigez

Bu gün, 08:22

Venesuela inkişaf yoluna qədəm qoyub və neft hasilatını gündə 1,1 milyon barelə çatdırıb.

Xəbər verilir ki, bu məlumatla  100 günlük prezidentlik dövründə əldə olunan uğurları qeyd edən Delsi Rodrigez çıxış edib. Onun sözlərinə görə, yüzlərlə şirkət ölkənin neft və qaz sənayesinə investisiya qoymaqda maraqlı olduğunu bildirib: "Bu gün dövlət neft və qaz şirkəti PDVSA gündə 1,1 milyon barel hasil edir. Biz qaz ixracı istiqamətində ilk addımları atdıq və ümid edirik ki, bu ay Venesuela 2025-ci ilin dekabr ayındakı neft hasilatı səviyyəsini bərpa edəcəyik".

Rodrigez karbohidrogen və mədən qanunlarının qəbul edilməsi ilə ölkənin investisiya cəlb etmək, istehsalın inkişafı üçün texnologiyaların tətbiqi və iş yerlərinin yaradılmasına yönəlmiş yeni bir mərhələyə qədəm qoyduğunu qeyd edib: "Venesuela beynəlxalq arenaya qayıdıb və yüzlərlə şirkət ölkəyə investisiya qoymaqda maraqlı olduğunu bildirib".

Rodrigez qeyd edib ki, Venesuela diplomatiyası sayəsində ölkə Beynəlxalq Valyuta Fondunda təmsilçiliyini bərpa edib və ölkənin beynəlxalq ehtiyatlarının istehsalı və sabitləşdirilməsi üçün resurslara çıxış imkanı yaradıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi