azia.az
azia.az

Dönərçidən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO / FOTO

6-04-2025, 20:23

Kocaelidə 650 nəfərin zəhərlənməsinə səbəb olan donerçidə işçilərin bişmiş dönərin üzərinə çiy ət əlavə etdikləri anların görüntüləri sosial mediada yayılıb.


Görüntülərdə işçilərin bişmiş dönərin üzərinə çiy ət əlavə etdiyi anlar açıq şəkildə görünür.


Yayılan videodan sonra səlahiyyətlilər hadisə ilə bağlı araşdırmanın aparılacağı və yoxlamaların artırılacağını açıqlayıb.


Hadisə ilə bağlı dönər dükanının sahibləri E.T. və K.Y. adlı şəxslər həbs edilib.


Qeyd olunur ki, 2 ay əvvəl müştərilərdən biri bu müəssisə ilə bağlı şikayət edibmiş.

Qida təhlükəsizliyi mütəxəssisləri çiy və bişmiş ətin qarışmasının ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini və kütləvi zəhərlənməyə yol aça biləcəyini bildirirlər. /milli.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi