azia.az
azia.az

İmamoğluya görə 2,2 milyonluq mitinq

29-03-2025, 21:50

İstanbulun Maltepe rayonunda İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs olunan sədri Əkrəm İmamoğluya dəstək mitinqi keçirilib.

Xəbər verilir ki, aksiyada iştirak edənlərin sayının 2,2 milyon nəfər olduğu deyilir.

Vətəndaşlar əllərində Türkiyə bayraqları ilə mitinqə qatılıblar. Mitinq zonasının müəyyən nöqtələrində nəhəng ekranlar və səs sistemləri qurulub.

Mitinqdə qurulan kürsüyə Əkrəm İmamoğlunun anası, atası, bacısı, həyat yoldaşı və oğulları birlikdə çıxıblar.

Mitinqdə Silivri həbsxanasında olan İmamoğlunun mesajı da oxunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi