Toylarda Fırıldaqçılıq – Müğənnilərdən ŞOK İDDİA
''Ajans.az'' xəbər verir ki, ifaçı Bəturə Hüseynova "İncə Səhər" verilişində qonaq olarkən bu sahədə rastlaşdığı çətinliklərdən danışıb:
"Hər kəs bir-birinin işini oğurlayır. Bu halla daha çox Türkiyədə qarşılaşıram. Hansısa toya dəvət aldığım halda sonradan eşidirəm ki, kimsə işimi əlimdən alıb. Moskva toylarına gedib çıxmaq olmur. 3-5 nəfər bu sahəni tam ələ keçirib və ora yalnız eyni adamlar gedib-gəlir. Bu, çörək oğurlamaq deyilmi?"
Muğam ifaçısı, əməkdar artist isə onun sözlərinə qoşularaq bildirib ki, toyları təşkil edənlər eyni müğənnilərin olmasını tələb edirlər:
"Elə rayonlar var ki, mən orada heç vaxt toyda olmamışam. Çünki həmin ərazilərdə yalnız müəyyən müğənnilər oxuyur və bəzi sənətçiləri qəsdən yönləndirirlər."