azia.az
azia.az

Heydər Əliyev prospektində yolun bir hissəsi çökdü - FOTOLAR

25-02-2025, 00:23

Bakının Nərimanov rayonunda yolun çökməsi ilə əlaqədar Heydər Əliyev prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində əsas yol üzrə hərəkət məhdudlaşdırılaraq köməkçi yola yönəldilir.

Azia.az bloqu xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, əraziyə agentliyin əməkdaşları və aidiyyəti qurum əməkdaşları cəlb olunub.

"Yolun altından keçən su xəttində qəza olub. Aidiyyəti qurum tərəfindən qəzanın aradan qaldırılması üçün yolun hərəkət hissəsində qazıntı işləri aparılmalıdır. Qəza aidiyyəti qurum tərəfindən aradan qaldırıldıqdan sonra agentliyimiz tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq”, - qurum rəsmisi qeyd edib.

 

 


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi