azia.az
azia.az

Sığınacağa yerləşmək üçün 4 nəfər müraciət edib

Dünən, 22:42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə əlverişsiz havaya görə 4 nəfər müraciət edib.

Modern.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib. 

Qeyd olunub ki, son üç gündə müəssisəyə 4 müraciət qeydə alınıb: "Hazırda müəssisənin müxtəlif şöbələrində ümumilikdə 46 nəfər şəxsə xidmət göstərilir. Onlardan 32 kişi, 14 qadındır".

Xatırladaq ki, həmin müəssisə 2017-ci ildən fəaliyyət göstərir və ora qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər.

Müəssisənin Müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiyası şöbəsinə qəbul üçün vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 WhatsApp sosial platforması, eləcə də Agentliyin sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi