azia.az
azia.az

Siyəzəndə kitabxana və klublar niyə bağlı qalıb?- Sənəddə adı olub, həqiqətdə isə olmayan işçilərin kartları kimdədir?

7-02-2025, 08:44

 

Redaksiyamızın qaynar xəttinə Siyəzən Mədəniyyət Mərkəzinin tabeliyində olan klublar və rayonda fəaliyyət göstərən kitabxanalar barədə ilginc məlumatlar daxil olub. Hətta, video-görüntülər də göndərilib.  Baxımsız, qapıları qıfıllı və dağılmış halda olan bu idarələr imdad diləyir. Halbuki rəsmi sənədlərdə bu idarələr işlək kimi qeyd olunur. Sənəddə adı gedən işçilər yerində tapılmır. Verilən məlumata gtörə, hər ay həmin işçilərin kartına aylıq maaşları vurulur. 

Siyəzən rayonunda Mədəniyyət Mərkəzinin balansında olan klubların ağzına qıfıl vurulması bir çox mətləblərdən xəbər verir. Bəzilərinin qapısı isə yoğun məftillə sarınıb. İşçilər var amma iş yoxdur. Hər kəs evində, ya da başqa işlərinin dalınca düşüblər. Onlardan işə gəlmələri barədə tələb edən də yoxdur. 

Siyəzən şəhəri Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova görəsən nə düşünür?

  Görüntüdən də bəlli olur ki, Mədəniyyət Mərkəzinin tabeçiliyində olan klublar, ev və dərnəklər təmirsiz vəziyyətdədir.

İndi gəlin öyrənək görək Siyəzən Mədəniyyət Mərkəzinin tabeçiliyində neçə belə qurum fəaliyyət göstərir. 

Siyəzən Rayon Mədəniyyət Mərkəzində 5 işçi fəaliyyət göstərir. Mərkəzin 7 filialı vardır: Yenikənd kənd Diyarşunaslıq evi, Zarat kənd Diyarşunaslıq evi, Məşrif kənd Diyarşunaslıq evi, Böyük Həmyə Sənətkarlıq evi, Balaca Həmyə kənd klubu, Eynibulaq kənd klubu, 2 saylı şəhər klubu. Mərkəzin özündə  6, filiallarında isə 15 dərnək fəaliyyət göstərir.



  • Siyəzəndə kitabxanaların da "bəxti" bağlanıb...


Bəli, görüntülərdən də görünür ki, kitabxanaların qapılarına yekə qıfıl vurulub.  Adı olub özü olmayan işçilərin adı ilə hər ay külli miqdarda qanunsuz vəsait əldə edilir. Bu Prezidentin Qarabağa Böyük Qayıdış çağırışına vurulan ən böyük zərbədir. İndiki zamanda 5 qəpiyə belə ehtiyacı olan Dövlət büdcəsi bəzi dınaqarası işbazlar tərəfindən talan edilir. 

Siyəzən Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəbəkəsinə 1 Mərkəzi Kitabxana və 12 kənd kitabxanası daxildir. Siyəzən Rayon MKS Siyəzən rayonunun və  ətraf  kəndlərin əhalisinə xidmət edir.

Bütün bu sadaladıqlarımız qurumların hamısı Xaçmaz Regional Mədəniyyət idarəsinin tabeliyindədir.  Indi isə keçək video görüntülərə. 

Siyəzən rayon MKS  Balaca Həmyə kənd kitabxanası və kulub bağlıdır saat birə işləyir. Çəkiliş 03.02.2025-ci il tarixdə aparılıb.  05-02-2025-ci ildə digər çəkiliş Siyəzən rayon MKS-nin Gilgilçay qəsəbə kitabxanasında aparılıb, saat 12:00 bağlıdır. 

05-02-2025-ci ildə isə növbəti çəkiliş Siyəzən rayon MKS  Beşdam kənd kitabxanası saat 11:00 bağlıdır.

Bütün bunlar bizə vocap vasitəsi ilə göndərilən çəkilişlərdir.

Rəsmiyyətdə isə belə yazılır:

İş vaxtı-    9:00-17:00

Nahar-      13:00-14:00

İstirahət günü-    bazar


Bəli, görüntülərdən də bəlli olur ki, kitabxana və klubun ağzı bağlıdır, hətta dəmir məftillə sarınıb ki, kimsə girə bilməsin. Bu acı mənzərə isə Siyəzəndə kitabxana və klublara qarşı olan münasibətin bariz nümunəsidir. Mədəniyyətin inkişafı klub və kitabxanalardan başlayır demişlər müdriklər. Amma bunun Siyəzən rayonuna görünür aidiyyatı yoxdur. Kitabxanaların yetişən Azərbaycan gəncliyinin gözündən salınması birbaşa dövlətə və xalqa xəyanətdir. Onu da qeyd edək ki, redaksiya olaraq sözü gedən idarələrdə çalışan işçilərin təhsilləri barədə də geniş araşdırma yazılarımız olacaq. 


"Yazılanları təhqir kimi qəbul edirəm, bu bizim iş fəaliyyətimizə atılmış böhtan və yalandır. 300 manat maaşla işimi sevə-sevə işləyirəm, Mən sizin bu yazyla bağlı baş Prokurorluğa teleqrama vuracağam. 39 ildir bu rayonda müdir işləyirəm. neçə-neçə başçıyla işləmişəm, mənə fəxri fərmanlar veriblər"-deyə, Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova  redaksiya ilə telefon əlaqəsi yaradıb məlumatlara münasibət bildirdi.  

P.S. Yazı tədbir görülməsi üçün Baş Prokurorluğa və Mədəniyyət nazirliyinə ünvanlanır.

(Ardı var)

Azia.az bloqu

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi