Son dövrlər elektron ticarət yolu ilə kütləvi formada “arıqlama çayı və qəhvələri” adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır. Həmin mallar ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan qəhvə və çayların tərkibində bir sıra hallarda güclü təsirə malik maddə hesab edilən “sibutramin” maddəsinin olduğu aşkar edilib.
Bildirilib ki, sibutramin maddəsi 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir və bu tərkibdə malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə, yaxud bəyan və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206-cı maddəsi, buna əsaslar olduqda həmin Məcəllənin 240-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.
Ölkə ərazisinə qadağan edilən bu kimi maddələrin gətirilməsinin qarşısının alınması üçün sifariş edilməsinə, daşınmasına yol verilməməsinin vacibliyi diqqətə çatdırılır.
Güclü təsir edən maddələrin ölkəyə qanunsuz yollarla gətirilməsində sifariş verən şəxslərlə bərabər daşıyıcı şirkətlər və digər şəxslər də qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.
Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının Protokoluna əsasən piylənmə əleyhinə vasitə kimi istifadə olunan “sibutramin” tərkibli məhsulların insan orqanizmi üçün təhlükəli olduğu və sağlamlığa göstərdiyi ciddi təsirləri nəzərə alınaraq dövlət qeydiyyatdan çıxarılması barədə qərar qəbul olunub və tərkibində “sibutramin” olan məhsulların dövlət qeydiyyatına alınması qadağan edilib. Sözügedən qərarlarda haqqında danışılan maddənin Avropa Səhiyyə Təşkilatı tərəfindən qeydiyyatdan çıxarılması və beynəlxalq səviyyədə onların istifadəsinin qadağan olunması təsbit olunub. Ona görə də, vətəndaşlara onlayn sifariş zamanı diqqətli olmaq tövsiyə edilir.
Sibutramin təsiredici maddəsinin, ümumilikdə 10 min 92 əlavə təsiri haqqında məlumatlar mövcuddur. Adıçəkilən maddənin əlavə təsirləri kimi baş ağrısı, yuxusuzluq, ağızda quruluq, başgicəllənmə, qəbizlik, qan təzyiqinin yüksəlməsi, depressiya, narahatlıq, yorğunluq, qusma, ishal, boğazda quruluq, migren, miokard infarktı, hallüsinasiyalar, ürək-damar xəstəliklərinin kəskin ağırlaşması və ciddi risklərinin meydana gəlməsi, astma, koma, nitq qabiliyyətinin itməsi, qəfil ölüm və s. göstərmək olar. Bu səbəblərdən sibutraminin istifadəsi bir çox ölkələrdə dayandırılıb. Belə ki, Azərbaycandan başqa, “sibutramin” tərkibli məhsulların dövlət qeydiyyatına alınması Avropa İttifaqı ölkələrində, həmçinin ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Misir və digər dövlətlərdə qadağan olunub.
Sonda, əhaliyə piylənməyə qarşı sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik kimi elmi cəhətdən təsdiq olunan üsullara üstünlük vermələri və sağlamlığa ziyan gətirən belə məhsulların istifadəsindən uzaq durmaları tövsiyə olunur.

 
 Spikerlə Səhiyyə Nazirinin tender müəmması - "Araş Medical Company" MMC 250 milyon manatdan çox dövlət satınalmalarına necə sahib çıxıb...SİYAHI
Spikerlə Səhiyyə Nazirinin tender müəmması - "Araş Medical Company" MMC 250 milyon manatdan çox dövlət satınalmalarına necə sahib çıxıb...SİYAHI
 İlham Əliyev 6 fərman imzaladı
İlham Əliyev 6 fərman imzaladı
 "Məhkəmə hökmü haqqında" Ali Məhkəmənin Plenumunun qərarı açıqlandı
"Məhkəmə hökmü haqqında" Ali Məhkəmənin Plenumunun qərarı açıqlandı
 Prezident İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
 Ali Məhkəmə inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqlarına dair qərardad qəbul etdi
Ali Məhkəmə inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqlarına dair qərardad qəbul etdi
 Kim deyib alimenti yalnız kişilər ödəyir? - Rəqəmlər təəccübləndirir
Kim deyib alimenti yalnız kişilər ödəyir? - Rəqəmlər təəccübləndirir
 Hər halımızın ön səbəbi...
Hər halımızın ön səbəbi...
 Vəzifəli xanımlar da həbs olundu-DTX-dan...
Vəzifəli xanımlar da həbs olundu-DTX-dan...
 Bəzi küçələrdə yaşayan sakinlərə kondisionerlərin sökülməsi ilə bağlı xəbərdarlıq edilib-TƏCİLİ
Bəzi küçələrdə yaşayan sakinlərə kondisionerlərin sökülməsi ilə bağlı xəbərdarlıq edilib-TƏCİLİ
 “Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti hüquqi-maarifləndirici tədbir Gədəbəydə keçirilib
“Uşaq Hüquqları Aylığı” çərçivəsində növbəti hüquqi-maarifləndirici tədbir Gədəbəydə keçirilib
 Azyaşlını döyən dayə işdən çıxarılıb - VİDEO
Azyaşlını döyən dayə işdən çıxarılıb - VİDEO
 Zehninizi oyandıracaq səhər vərdişləri açıqlandı
Zehninizi oyandıracaq səhər vərdişləri açıqlandı
 Bakıda bu məktəbdə şagirdlər 1 aydır dərsə getmirlər - FOTOFAKT
Bakıda bu məktəbdə şagirdlər 1 aydır dərsə getmirlər - FOTOFAKT
 “İmişli”dən “Qarabağ”la bağlı kinayəli paylaşım – VİDEO
“İmişli”dən “Qarabağ”la bağlı kinayəli paylaşım – VİDEO
 Tanınmış yazıçının keçmiş xanımı aldadıldı - Notaris rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq
Tanınmış yazıçının keçmiş xanımı aldadıldı - Notaris rəisi və qardaşı oğlundan görünməmiş dələduzluq
 Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
 3 müavini və şəhərin baş memarı da həbs olunub-DETALLAR
3 müavini və şəhərin baş memarı da həbs olunub-DETALLAR
 "Atam anamın başqa kişidən olan uşağına soyadını verdi" - Səidə Dadaşova
"Atam anamın başqa kişidən olan uşağına soyadını verdi" - Səidə Dadaşova
 Prezident haqqında paylaşdıqları tərbiyəsiz yazı və şarj... - Sabir Rüstəmxanlının cavabı
Prezident haqqında paylaşdıqları tərbiyəsiz yazı və şarj... - Sabir Rüstəmxanlının cavabı
 Eldar Əzizov  BU MƏMUR BARƏDƏ TAPŞIRIQ VERDİ
Eldar Əzizov  BU MƏMUR BARƏDƏ TAPŞIRIQ VERDİ
 Gültəkin Hacıbəyli  yayılan xəbərlə bağlı paylaşım edib
Gültəkin Hacıbəyli  yayılan xəbərlə bağlı paylaşım edib
 Eldar Əzizov: "Bəzi qədirbilməz məmurların xəyanət yoluna düşdüyü halları ilə qarşılaşırıq"
Eldar Əzizov: "Bəzi qədirbilməz məmurların xəyanət yoluna düşdüyü halları ilə qarşılaşırıq"
 Deputat: “Mehiyevin vəzifədə ətrafı formalaşıb, siyasi partiyalar içində, vəzifədə olanların arasında dəstək verdiyi siyasilər olub”
Deputat: “Mehiyevin vəzifədə ətrafı formalaşıb, siyasi partiyalar içində, vəzifədə olanların arasında dəstək verdiyi siyasilər olub”
 Rayon rəhbərləri niyə bir-bir həbs olunur – “mini krallıqların” sonu, yoxsa... ?
Rayon rəhbərləri niyə bir-bir həbs olunur – “mini krallıqların” sonu, yoxsa... ?
 Saxlanılan icra başçısının qızı hakimdir - FOTO
Saxlanılan icra başçısının qızı hakimdir - FOTO

 37 ildir 105 mərtəbəli binada heç kim qalmayıb-DÜNYADA ƏN HÜNDÜR BİNA
37 ildir 105 mərtəbəli binada heç kim qalmayıb-DÜNYADA ƏN HÜNDÜR BİNA
 Universiteti ataraq bir gecədə milyoner olan iki gəncin uğur hekayəsi
Universiteti ataraq bir gecədə milyoner olan iki gəncin uğur hekayəsi
 Yaşlandıqda belə gənc görünən BÜRCLƏR: Onlar kimlərdir?
Yaşlandıqda belə gənc görünən BÜRCLƏR: Onlar kimlərdir?
 Çinlilər daha çox bu avtomobilləri sürürlər - Yerli istehsal deyil
Çinlilər daha çox bu avtomobilləri sürürlər - Yerli istehsal deyil
 Saçın vaxtsız ağarması BUNA GÖRƏ İMİŞ-DİQQƏT!!!
Saçın vaxtsız ağarması BUNA GÖRƏ İMİŞ-DİQQƏT!!!