azia.az
azia.az

İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır-PAŞİNYAN

Bu gün, 10:14

Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin mülki missiyasını yerləşdirməməyə hazırdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Vaşinqtonda Atlantik Şurasının müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Azərbaycan deyir ki, üçüncü ölkələrin qüvvələri Ermənistan – Azərbaycan sərhədində yerləşdirilməməlidir və açıq şəkildə Aİ-nin mülki missiyasına işarə edir. Biz bunu nəzərə alırıq və onları delimitasiya olunmuş sərhəd sahələrində yerləşdirməməyi təklif edirik", – o qeyd edib.

Görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin nizamlanması prosesi, regional kommunikasiya yollarının açılması imkanları, həmçinin ABŞ ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi