ONUN vəkillik fəaliyyəti dayandırıldı-CİDDİ FAKTLAR,CİNAYƏT...
Tanınmış vəkil Adəm Məmmədovun fəaliyyəti dayandırıldı.
Neçə vaxtdır ki, Tanınmış vəkil Adəm Məmmədovun fəaliyyəti barədə mediada ciddi ittihamlar yazılırdı. Onun vəkil həmkarı ilə aralarında yaranan söz savaşından da bəlli olurdu ki, bu duelin arxasında gizlin məqamlar dayanır. Bəli, elə Vəkillər Kollegiyasının Adəm Məmmədovun vəkillik fəaliyyətini dayandırması haqda olan qərarı ciddi mətləblərin olduğuna bir işarədir. Verilən məlumatlara görə, əsəsən aldatma və dələıduzluq faktı ortada var. Bildirilir ki, haqqında cinayət təqibi başlandığı üçün bu ərəfədə ictimaiyyətə geniş məlumat verilmir.
Azia.az bloqu Globalinfo.az-a istinadən xəbər verir ki, Adəm Məmmədov haqqında qərar ötən gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası zamanı qəbul edilib.
Qərara əsasən, barəsində intizam icraatı başladılan vəkilin fəaliyyəti 3 ay müddətinə dayandırılıb.
Təfərrüatlar hələlik açıqlanmır.