İmişlidə qəza törədən polis maşınını görün necə əzirlər-ANBAN VİDEO
Bildiririk ki, İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Azia.az bloqu Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza zamanı dünyasını dəyişən azyaşlılar İmişli RPŞ-nin digər əməkdaşının qardaşı uşaqlarıdır.
Qəzada xəsarət alan yol polis inspektoru ağır vəziyyətdədir. Yaralıların müalicəsi davam etdirilir. hadisə yerinə yığışan kütlə polislərə qarşı qanunsuz hərəkətlərə yol veriblər. belə ki, qəza törədən polis maşınını azğınlaşmış kütlə əzir. Görüntülərdən də görünür ki, polislər onlara qarşı müqavimət göstərməkdə çətinlik çəkir. Araşdırmalar davam edir.
Video bu linkdədir: https://www.youtube.com/shorts/06EUs-5EpkQ