azia.az
azia.az

Rosiyya1 kanalında gedən Zəngəzur açılımı sujetinə görə, Rusiyaya nota veribmiş - Video

Dünən, 22:37

İrəvan Rusiya telekanalında Zəngəzur dəhlizinin açılmasının zəruriliyi bağlı verilişdən sonra Moskvaya etiraz notası təqdim edib.

Ölkə.Az xəbər verir ki, “Rossiya seqodnya” agentliyinin baş direktoru, teleaparıcı Dmitri Kiselyov "Həftənin xəbərləri" (Вести недели) verilişində Azərbaycanın əsas hissəsini onun anklavı olan Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi boyunca magistralın açılmasının zəruriliyini bəyan edib.

Orada Kiselyov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatla bağlı öz öhdəliyinə və Azərbaycan prezidenti İlham Əliyevin bu yolun açılması ilə bağlı qəti tələbini görməzdən gəlir. 

Bundan əvvəl, Azərbaycan prezidenti İlham Əliyev yerli mətbuata müsahibəsində Zəngəzur dəhlizinin nə olursa olsun açılacağını bildirib. Kiselyovun fikrincə, Ermənistan buna qarışmamalıdır. O, həmçinin əlavə edib ki, Azərbaycan qonşusu üçün təhlükə mənbəyi deyil.

Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi