azia.az
azia.az

Namizədlərin DSK-ya sənəd QƏBULU sabah başa çatır

29-12-2024, 10:06

Sabah bələdiyyə seçkiləri ilə əlaqədar namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatır.

 

Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək başa çatmalıdır.

 

Beləliklə, 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il dekabrın 10-dan dekabrın 30-u saat 18.00-dək müəyyən edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi