azia.az
azia.az

Əhəng daşı yatağında qanunsuz daş kəsib, mişar daşı istehsal edən döyüş silahı ilə gəzən İŞ ADAMI Cəfər Əsgərov KİMDİR?/FOTO

Bu gün, 08:27

Qaynarxeber.az saytının redaksiyasına Cəlilabad rayonundan daxil olan çoxsaylı şikayətlərdə bildirilir ki, Cəlilabad sakini, iş adamı kimi tanınan Əsgərov Cəfər Sahib oğlu Cəlilabad rayonunda "at oynadlr". Bu şəxs Cəlilabad rayonun Darılıq və Güneyli kəndləri ərazisində olan müxtəlif vətəndaşlara məxsus paybəlli torpaqları zəbt edib və o, torpaqlarin bir hissəsində qeyri- qanuni olaraq mal-qara tövlələri salıb.



Redaksiyamıza daxil olan digər bir şikayət məktubunda deyilir ki, "Əsgərov Cəfər Sahib oğlu 2012-ci ildən Qaradağ rayonunda yerləşən "Çənlibel" ərazisində mişar daşı istehsalı ilə məşğul olur. Qeyri- qanuni olaraq əhəng daşı yatağında daş kəsir, ərazidə qeyri- qanuni qazıntı işləri aparmış və hazırda da aparmaqdadir. Bu şəxs Əmək Məcəlləsinin qanunların gobud şəkildə pozaraq işçiləri qanunsuz işlədir (Yəni onları rəsmiyyətə salmır, iş saatından çox işlədir) , vergidən yayınır və s..


Cəfər deyir: "Mənim arxamda Cəlilabadın İcra başçısı Rafiq müəllim durub və heç kim mənə heçnə edə bilməz.


İnanırıq ki, Ekologiya və Təbii Sərvətləri Nazirliyi yanında Mineral Xammal Ehtiyyatları Agentliyi, Əsgərov Cəfər Sahib oğlunun bu qanunsuzluqlarına dur deyə biləcək.

Sözügedən şikayət barədə Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Əmək Müfəttişliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə .. sorğular göndərəcəyik.

Əsgərov Cəfər barəsində araşdırmamız davam edir.

Qarşi tərəfin mövqeyin həmişə kimi dinləyib dərc etməyə hazırıq.


Qaynarxeber.az



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi